01.07.2022 | 06:07
Куда можно пожаловаться?
“M Bulak BOKT” MMC-yə
• Əgər bizdən şikayətiniz varsa, ilk növbədə bizimlə əlaqə saxlayın:
Telefon: +994552226353 (İstehlakçıların şikayətlərinə baxılması üzrə koordinator)
email: az.complaint@molbulak.com
ünvan: Bakı şəh., Yasamal ray., H.Cavid pr-ti, məhəllə 520, ev 10/2;3
• Narazılığınızın səbəbi və problemin mahiyyəti haqqında bildirin (yazılı (kağız və ya elektron müraciət) formada müraciət etmək daha məqsədəuyğundur).
• Müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətlərdə (15 iş günü müddətində baxılır və cavablandırılır. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır) baxılır və cavablandırılır.
• Adınızdan digər şəxsin müraciət etməsini istəyirsinizsə, o zaman bunu rəsmiləşdirməlisiniz. Çünki müraciət edəcəyiniz qurum(lar)a müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədlər əlavə edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Bankına
• Şikayətin nəticələri ilə razılaşmadığınız təqdirdə 966 “Qaynar xətt” vasitəsilə və ya rəsmi qaydada (yazılı (poçt, elektron müraciət, telegram və digər vasitələrdən istifadə edərək) olaraq) Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət edə bilərsiniz. Mərkəzi Bank tərəfindən şikayətinizin təmin olunması və ya müraciətinizlə əlaqədar sizə müvafiq izahatın verilməsi ilə bağlı tədbirlər görülür.
• Mərkəzi Bank tərəfindən şikayətiniz “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətlərdə baxılır və cavablandırılır.
Bank Ombudsmanı, mediator (mediasiya təşkilatı) və ya məhkəməyə
• Mərkəzi Bank və ya “M Bulak BOKT” MMC-nin cavabları sizi qane etməzsə, Bank Ombudsmanı, mediator və (və ya) məhkəməyə müraciət edə bilərsiniz.
• Kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.
• Bank Ombudsmanı banklarla onların fiziki şəxs müştəriləri arasında yaranan mübahisələrin araşdırılması üzrə Azərbaycan Banklar Assosiasiyasının nəzdində daimi fəaliyyət göstərən orqandır və ərizəçi qismində fiziki şəxs çıxış etdikdə müqavilələrin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan mülki hüquqi mübahisələrə baxa bilər. Bank Ombudsmanı yalnız 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdə (müraciətin daxil olduğu gün Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq) olan iddialara baxır. Bank Ombudsmanı hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin müraciətlərinə baxmaq səlahiyyətinə malik deyil.
• Qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə bilərsiniz.
Qeyd: Azərbaycan Respublikasının Konstitusiyasına görə sizin bütün hallarda məhkəmə müdafiənizə təminat verilir. Ona görə də şikayətin maliyyə institutuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, mediatora (kommersiya mübahisələri istisna olmaqla) və ya Bank Ombudsmanına verilib-verilməməsindan asılı olmayaraq siz şikayətinizi birbaşa məhkəməyə vermək hüququna maliksiniz.