04.04.2019 | 11:04
Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komisiyası
Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”-na əsasən müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Həmçinin, Palatanın saytında vətəndaş məmnunluğunun təmin edilməsi və istehlakçı hüquqlarının qorunması, məsələnin fərdi qaydada araşdırılması üçün Apellyasiya Komissiyasına yönəldilməsi məqsədilə müvafiq portal yaradılmışdır. Həmin portalına keçidi siytımızın baş səhifəsində yerləşdirilmişdir.