(+994)123103818
18.02.2025 | 10:02

Fevralın ayının 15-də “M Bulak” Bank Olmayan Kredit Təşkilatının Oğuz şəhərində yerləşən yeni filialının təntənəli açılışı olmuşdur

Açılış tədbirində “M Bulak” BOKT MMC-nin direktoru Altın Şakirova, Baş Ofis və filiallarının əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən digər bankların nümayəndələri iştirak etmişdilər.

Açılış mərasimində “M Bulak” BOKT MMC-nin direktoru Altın Şakirova nitq ilə çıxış etmişdir:
“Hörmətli həmkarlar və qonaqlar!
Bu gün sevindirici bir hadisədir - Oğuz filialının açılışıdır! Bu, Şirkətimizdə əlamətdar bir hadisədir.
Müştərilərə keyfiyyətli xidmət göstərməyi, biznesin yaradılmasında və inkişafında köməklik göstərməyi öz qarşımızda məqsəd qoyuruq!
Həmçinin ümid edirik ki, bu bütövlükdə Regionun inkişafı üçün təkan olacaq!
Bütün kollektivə işlərində uğurlar arzulayırıq!”

Oğuz filialının ünvanı: Oğuz şəhəri, H.Əliyev küçəsi, 24B (1941-1945-ci illər Parkın yanı)